"Barselona"nın baş məşqçisi Xavi Çempionlar Liqasının 4-cü turu çərçivəsində Donetsk "Şaxtyor"una qarşı keçirəcəkləri matç ərəfəsində fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun dediklərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Ən yaxşı səviyyəmizə qayıtmalıyıq. Biz özümüzə qarşı çox tənqidi münasibətdəyik. Rəqiblərimizə qalib gəlməyin yolunu tapmalıyıq. Bu, həmişə alınmayacaq. Təmkinli və səbirli olmalıyıq. Gözəl futbol oynayıb qalib gəlmək istəyirik. Bu, ideal ssenaridir”.
Xatırladaq ki, qrup mərhələsinin 3-cü turunda "Barselona" Ukrayna təmsilçisini 2:1 hesabı ilə məğlub edib.
Nihat