"Çelsi"nin hücumçusu Nikolas Cekson İngiltərə Premyer Liqasının 11-ci turunda "Tottenhem" üzərində qazandıqları parlaq qələbədən və bu matçda het-trik etməsindən danışıb.
Fanat.Az xəbər verir ki, BBC onun dediklərini belə çatdırıb:
"Çox şadam. Komandamız çətin günlər yaşadı. Bu, mənim ilk het-trikimdir. İngiltərənin və dünyanın ən böyük klubunun formasını geyindiyim üçün şadam. "Tottenhem"in möhtəşəm stadionu və əla azarkeşləri var. Rəqibin iki oyunçusu qırmızı vərəqə alsa da, qələbə qazanmaq üçün mübarizə aparmalı olduq".
Qeyd edək ki, "Çelsi" bu qələbə sayəsində xal hesabını 15-ə çatdıraraq 10-cu pilləyə yüksəlib. 26 xala malik "Tottenhem" isə lider "Mançester Siti"dən 1 xal geri qalır.