Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində baş tutan matçda - "Braqa" ilə oyunda (3:0) hərəyə 1 qol vuran Vinisius Junior və Rodriqo maraqlı nəticəyə imza atıblar.
Fanat.Az "CBS Sports Golazo"ya istinadən xəbər verir ki, sözügedən oyunçular ÇL-də vurduqları qolların sayını 17-yə çatdıraraq "Kral klubu"nun bu tirnirdə ən çox fərqlənmiş braziliyalılarına çevriliblər.
Onlar həmyerliləri Roberto Karlosu geridə qoyublar.
Qeyd edək ki, Vinisius 2018, Rodriqo isə 2019-cu ildən İspaniya nəhənginin formasını geyinir.
Nihat