"Real Madrid"in baş məşqçisi Karlo Ançelottinin Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində keçirilən matçda - "Braqa"ya 3:0 qalib gəldikləri oyunda Arda Güleri meydana buraxmaması İspaniya mətbuatında böyük əks-səda doğurub.
Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında Gülerə niyə şans vermədiyini açıqlayıb:
"Biz onunla yaxından maraqlanırıq. Arda iki ciddi zədəsini sağaldıb və bir həftəyə yaxındır ki, komanda ilə bütün məşqlərdə iştirak edir. Arda tam hazır olanda çatanda meydana çıxacaq".
Xatırladaq ki, bu yay "Fənərbağça"dan transfer olunan 18 yaşlı Arda hələ "Real" forması ilə rəsmi matça çıxmayıb.