"Arsenal"ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində səfərdə "Sevilya" üzərində qazandıqları qələbədən (2:0) danışıb.
Fanat.Az xəbər verir ki, ispan mütəxəssis fikirlərini klubun rəsmi saytına bölüşüb:
“Çətin rəqibə qarşı çox yaxşı oynadıq. Taktiki cəhətdən bizə fərqli nəsə lazım idi. Evdə oynadıq və istədiyimizi çox yaxşı şəkildə yerinə yetirdik. Çıxışımızdan razıyam”.
Qeyd edək ki, 9 xalı olan “Arsenal” B qrupunun lideridir. Sonrakı yerlərdə isə uyğun olaraq “Lans” (5 xal), PSV (5 xal) və “Sevilya” (2 xal) qərarlaşıblar.