"İnter"in baş məşqçisi Simone İnzagi komandasının Çempionlar Liqasının D qrupundan vaxtından əvvəl 1/8 finala yüksəlməsini şərh edib.
Fanat.Az xəbər verir ki, qrup mərhələsinin 4-cü turunda "Zaltsburq"u yenərək (1:0) istəyinə çatan "qara-göylər"in çalışdırıcısı fikirlərini klubun rəsmi saytına bölüşüb:
"Ehtiyatda iki matçımız qaldığı halda, pley-offa vəsiqə qazandığımız üçün fəxr edirik. Bu, 2004/2005 mövsümündən bəri baş verməmiş hadisədir. Ardıcıl üçüncü mövsümdür ki, pley-offa yüksəlmişik və fikrimcə, belə nəticəni haqq edirik. Əlbəttə, bilirik ki, qrupda birinci yeri tutmaq üçün iki oyunumuz qalıb.
Çempionlar Liqasının hər oyunu çətin olur. Birinci hissədə müəyyən gərginlik yaşadıq, amma komanda şəklində müdafiə olunduq. İndi irəliyə baxmalıyıq, çünki qarşıdan gələn həftələrdə bizi çətin oyunlar gözləyir".
Qeyd edək ki, D qrupunda "İnter"lə "Real Sosyedad"ın 10, "Zaltsburq"un 3 xalı var. Xalı olmayan "Benfika" isə sonuncudur.
Nihat