"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.
Fanat.Az "MisterChip"ə istinadən xəbər verir ki, sözügedən turnirin qrup mərhələsinin 4-cü turunda "Braqa" üzərində qələbəyə sevinən (3:0) italiyalı mütəxəssis 116-cı zəfərinə imza atıb.
Ançelotti "Mançester Yunayted"in sabiq çalışdırıcısı Aleks Ferqyusonu qabaqlayıb.
Qeyd edək ki, 2021-ci ildən "Real"ın "sükanı arxası"nda olan Karlo Ançelottinin komandası yer aldığı qrupda 12 xalla liderdir.