İspaniya La Liqasının sürpriz lideri sayılan "Jirona" qışda əsas oyunçularından birini itirə bilər.
Fanat.Az xəbər verir ki, müdafiəçi Migel Qutyerres karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Tanınmış insayder Fabritsio Romano bu barədə məlumat yayıb. Mənbənin məlumatına görə, London “Arsenal”ı futbolçunu öz sıralarına cəlb etmək istəyir. “Topçular” Qutyerresin oyununu izləmək üçün İspaniyaya skaut göndərib.
22 yaşlı cinah müdafiəçisinin "Jirona" ilə 2027-ci ilin ortalarına qədər müddətə müqaviləsi var. "Transfermarkt" Qutyerresin dəyərini 15 milyon avro qiymətləndirir.
O, bu mövsüm La Liqada 11 oyun keçirib, 1 məhsuldar ötürmə edib və 2 dəfə xəbərdarlıq alıb.
Mirağa