İngiltərənin "Börnli" klubunun hücumçusu Layl Foster karyerasını erkən dayandırmaq qərarına gəlib.
Fanat.Az xəbər verir ki, futbolçu əqli problemlərinə görə futboldan uzaqlaşıb.
Klub bunu rəsmən açıqlayıb və 23 yaşlı Fosterin lazımi müalicə prosedurundan keçdiyini təsdiqləyib. Cənubi afrikalı forvard açıqlanmayan xəstəlik səbəbindən "Bernli"nin son üç matçını buraxıb.
Layl Foster bu mövsüm "Börnli"nin heyətində səkkiz oyun keçirib, üç qol vurub və iki məhsuldar ötürmə edib.
Mirağa