"Liverpul"un müdafiəçisi Co Qomes Avropa Liqasının qrup mərhələsində Fransa "Tuluza"sına səfərdə məğlub olduqları oyundan sonra təəssüratlarını bölüşüb.
Fanat.Az xəbər verir ki, o, UEFA-nın mətbuat xidmətinə danışıb.
“Daha yaxşı müdafiə olunmalı və oyuna daha yaxşı qoşulmalıydıq. Hər şey öz əlimizdə idi - biz avrokubokun yaz mərhələsinə erkən getməyə cəhd edə bilərdik. Özümüzü toplayıb irəliləməliyik. Məyus oldum, amma vəsiqə qazanmaq üçün daha iki matçımız var”.
Xatırladaq ki, "Liverpul" səfərdə "Tuluza"ya 2:3 hesabı ilə uduzub.
Mirağa