"FourFourTwo" analitik-statistik portalı dünyanın 10 ən yaxşı dayaq yarımmüdafiəçilərinin reytinqini tərtib edib.
Fanat.Az xəbər verir ki, "Mançester Siti"nin futbolçusu Rodri ilk sırada mövqe tutub. "Arsenal"dan Deklan rays 2-ci pillədə qərarlaşıbsa, "Nyukasl"dan Bruno Gimarayns 3-cü yerdədir.
"10-luq" isə belədir:
1. Rodri, "Mançester Siti".
2. Deklan Rays, "Arsenal".
3. Bruno Gimarayns, "Nyukasl".
4. Yozua Kimmix, "Bayern Münhen".
5. İv Bissuma, "Tottenhem".
6. Joao Palinya, "Fulhem".
7. Eduardo Kamavinqa, "Real Madrid".
8. Moyses Kaycedo, "Çelsi".
9. Orelyen Tçuameni, "Real Madrid".
10. Manuel Uqarte, PSJ.
Xatırladaq ki, Rodri MS-ə gələnə qədər "Vilyarreal"ın formasını geyinib.