Ukraynalı vinger Mixail Mudrik "Çelsi"ni tərk etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Klod Düso yayıb.
Xəbərə görə, London klubunun bossları Mudrikin cari mövsümün sonuna qədər "Monako"ya icarəyə verilməsini istəyirlər.
Xatırladaq ki, Mudrik "Çelsi"yə bu ilin yanvarında Donetsk "Şaxtyor"undan transfer olunub. 22 yaşlı oyunçu cari mövsüm "zadəganlar"ın forması ilə 9 oyuna çıxaraq 2 qol vura bilib. 70+30 milyon avroya alınan Mixailin "Çelsi" ilə müqaviləsinin müddəti 2031-ci ilə qədər nəzərdə tutulub.
Nihat