"Liverpul"un baş məşqçisi Yürgen Klopp komandanın vingeri Luis Diasın valideynlərinin qaçırılmasından danışıb.
Fanat.Az xəbər verir ki, BBC alman mütəxəssisin dediklərini belə çatdırıb:
“Həmişə xatırlayıram ki, futboldan daha vacib şeylər var. Bunu heç vaxt unutmuram. İndiyədək belə bir vəziyyətlə qarşılaşmamışam. Çətin durumdur. Komanda Diasın düşdüyü vəziyyətə biganə deyil. İlk oyunda Diassız oynamaq çox çətin idi. Açığı, baş verənlərə görə heç futbol oynamaq istəmirdik, amma bunu etməli idik. Yaxşı ki, uşaqlar bir çıxış yolu tapdılar”.
Qeyd edək ki, DiasınKolumbiyada qaçırılan valideynləri artıq xilas ediliblər.