İngiltərə çempionatının 12-ci turunda Londonda “Arsenal”la uğursuz oynayan Vinsent Kompaninin “Börnli”si növbəti dəfə uduzub – 1:3.
Fanat.Az xəbər verir ki, bu, klubun İngiltərə Premyer Liqasında ardıcıl 5-ci məğlubiyyəti olub.
"Opta"nın hesablamasına görə, bundan əvvəl "Çelsi", "Brentford", "Bornmut" və "Kristal Pelas"a uduzan "Börnli"də sonuncu belə uğursuz seriya 47 il əvvəl olub.
Hansı ki, 1976-cı ildə Premyer Liqa hələ mövcud deyildi və İngiltərə futbolunun yüksək liqası Birinci Divizion adlanırdı.
"Börnli" növbəti matçında London klubu "Vest Hem"lə qarşılaşacaq.
Mirağa