"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino "Mançester Siti"ylə bu gün baş tutacaq oyun öncəsi Erlinq Holand təhlükəsi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "MailSport" təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb:
“Holandı tutmaq üçün sürətli qaçmalı, tam diqqət mərkəzində olmalı və onun hərəkətlərini proqnozlaşdırmalısınız. Boyu hündür olduğu üçün cərimə meydançasında ona qarşı necə müdafiə olunacağınızı dəqiq bilməlisiniz. Ondan əvvəl tullanmaq lazımdır”.
Qeyd edək ki, ulduz norveçli bu mövsüm Premyer Liqada 11 matçda 11 qol vurub.
"Stamford Bric"də keçiriləcək "Çelsi" - "Mançester Siti" matçı saat 20:30-da başlayacaq.
Mirağa