"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 13-cü turunun "Valensiya" ilə oyununda (5:1) yarımmüdafiəçi Luka Modriçi start heyətə daxil etməməklə səhvə yol verdiyiini etiraf edib.
Fanat.Az xəbər verir ki, "Marca" italyan çalışdırıcının dediklərini belə çatdırıb:
“Modriç start heyətdə olmalı idi. Ehtiyatda qoymağım səhv oldu. Bu, bəzən sizin ixtiyarınızda çoxlu yaxşı oyunçu olanda baş verir”.
Xatırladaq ki, Luka ikinci hissədə uruqvaylı Federiko Valverdeni əvəzləyərək meydana daxil olub.
13 turdan sonra "Kral klubu" 32 xal toplayıb və lider "Jirona"dan 2 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.
Mirağa