İngiltərə Premyer Liqasında ötən gün keçirilən "Çelsi" - "Mançester Siti" (4:4) matçında gülməli anlar yaşanıb.
Fanat.Az xəbər verir ki, səbəbkar son dəqiqələrdə londonluları məğlubiyyətdən xilas edən hücumçu Koul Palmer olub.
Epizodların birində - "şəhərlilər" cərimə zərbəsini yerinə yetirməyə hazırlaşarkən, Palmer onların sıralarına sızmağa və taktikaları dinləməyə çalışıb. Ancaq Erlinq Holand bunu dərhal görüb və rəqib futbolçunu itələyərək uzaqlaşdırıb.
Həmin anın görüntülərini "Kabar-Chelsea" "Twitter" səhifəsində paylaşıb:
— KABAR CHELSEA (@KABAR_CHELSEA) November 13, 2023
Qeyd edək ki, Koul Palmer "Mançester Siti"nin yetirməsidir və bu mövsüm 47 milyon avroya "Çelsi"yə keçib.
Cari mövsümdə Palmer İPL-də 10 matçda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa