"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino İngiltərə Premyer Liqasının 12-ci turunda "Mançester Siti"yə qarşı keçirdikləri oyunu (4:4) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, argentinalı mütəxəssis fikirlərini "zadəganlar"ın rəsmi saytına bölüşüb:
"Çox qürurlu və xoşbəxtəm. Futbolçularım tərifi haqq edirlər. Çünki möhtəşəm oynadılar. Biz dünyanın ən yaxşı komandası ilə qarşılaşdıq. Matçın gedişində fəxr etdiyim məqamlar çox oldu. Sözün əsl mənasında, yaxşı göründük. Əlbəttə, həmişə inkişafda olmalı, nəyisə yaxşılaşdırmalısan. Futbol komandasından danışırıqsa, bu, təbii haldır. Biz sıfırdan başlamaq üçün özümüzə yol seçmişik. Belə oyunlar, belə təcrübələr komandamız üçün çox önəmlidir. İndi isə topladığımız təcrübəni qarşıdakı matçlarda tətbiq etməliyik".
Qeyd edək ki, "Çelsi" İPL-in növbəti turu çərçivəsində "Nyukasl"la qarşılaşacaq. Oyun noyabrın 25-də keçiriləcək.
Nihat