Yayda peşəkar futbolçu karyerasına son qoyan Sesk Fabreqas İtaliya klubunda baş məşqçi funksiyasını yerinə yetirəcək.
Fanat.Az xəbər verir ki, o, "Komo 1907" klubu ilə əməkdaşlığa son qoyan Moreno Lonqonu əvəzləyəcək.
Məlumatı sözügedən İtaliya təmsilçisinin mətbuat xidməti yayıb. Yeni baş məşqçi tapılana qədər Fabreqasın komandada əsas söz sahibi olacağı vurğulanıb.
Qeyd edək ki, "Barselona" və "Arsenal"ın sabiq yarımmüdafiəçisi karyerasını bitirəndən sonra "Komo"nun gənclərdən ibarət komandasına baş məşqçi təyin olunmuşdu. 21 xala malik Komo təmsilçisi hazırda B Seriyasının turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.