"Bayern Münhen"in prezidenti Herbert Hayner "Real"ın transfer etmək istədiyi kanadalı müdafiəçi Alfonso Deyvisin gələcəyindən danışıb.
Fanat.Az xəbər verir ki, tanınmış alman insayder Maksimilian Kox klub rəhbərinin dediklərini belə çatdırıb:
“Alfonsonun klubumuzla 2025-ci ilə qədər müqaviləsi var. O, məhz bizdə oynayaraq dünyanın ən yaxşı müdafiəçilərindən birinə çevrildi. Deyvisi saxlamaq istərdik. Ümid edirəm ki, o da qalmaq istəyir”.
Mətbuat isə "Real"ın gələn yay 23 yaşlı futbolçunu transfer etməyi planlaşdırdığını bildirib.
Deyvis bu mövsüm Münhen nəhənginin heyətində 18 matçda iştirak edib və 3 məhsuldar ötürmə edib.
Mirağa