“Mançester Siti”nin aparıcı futbolçularından olan Rodri Ernandes Londonda “Çelsi”ylə məhsuldar heç-heçə ilə (4:4) nəticələnən görüşdən danışıb.
Fanat.Az xəbər verir ki, BBC "şəhərlilər"un yarımmüdafiəçisinin dediklərini belə çatdırıb:
“Bu matçdan sonra özümüzü yorğun hiss etdik. Sadəcə inanılmaz döyüşdük. Rəqibin qarşısında papaq çıxarmaq olar. Əla oyun nümayiş etdirdilər. Deyə bilmərəm ki, meydanda ən yaxşı oyunumuzu sərgilədik. Komandamız müəyyən səhvlərə yol verdi. Dörd qol buraxmamalıyıq. Buna baxmayaraq, "Mançester Siti" qələbəyə çox yaxın idi".
Qeyd edək ki, 12 turdan sonra Premyer Liqanın turnir cədvəlinə "Mançester Siti" başçılıq edir.
Mirağa