"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone "Barselona"da icarə əsasında çıxış edən Joau Feliksdən danışıb.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" onun dediklərini belə çatdırıb:
“Joau Felikslə bağlı iyunda baş verəcək istənilən qərar "Atletiko" üçün faydalı olacaq. O, "Barselona"da qalsa, klub ciddi məbləğdə pul alacaq. Əks halda, yəni bizə qayıtsa, müqaviləsinin sonuna qədər - daha 3 il komandamızda olacaq. Belədə, o, "Atletiko"nun oyununa töhfə verəcək”.
Xatırladaq ki, 23 yaşlı yarımmüdafiəçi bu mövsüm “Barsa” forması ilə 5 matça çıxaraq 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa