İtaliya millisinin 3 futbolçusu millinin düşərgəsindən ayrılıb.
Fanat.Az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyası məlumat yayıb.
Söhbət Davide Kalabriya, Rafael Toloy və Aleks Meretdən gedir.
Futbolçular klublarından zədəli gəliblər. Onların forması noyabrda AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək görüşlərdə oynamağa mane olub.
İtaliya millisi Şimali Makedoniya (17 noyabr) və Ukrayna (20 noyabr) ilə oyun keçirəcək.
Mirağa