Madrid "Atletiko"sunun baş məşqçisi Dieqo Simeone yetirməsi Alvaro Morataтa İngiltərənin "Mançester Siti" klubunun ulduz forvardı Erlinq Holandla müqayisə edib.
Fanat.Az xəbər verir ki, "El Larguero" təcrübəli mütəxəssisin dediklərini belə çatdırıb:
“Alvaro Morata Erlinq Holandla eyni səviyyədədir. Vurduğu qollar və statistika baxımından Moratanı Holandla müqayisə etmək olar”.
31 yaşlı Morata bu mövsüm "Atletiko"nun heyətində 15 oyun keçirib, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.
Holand isə bu mövsüm "Mançester Siti"nin heyətində 16 oyun keçirib, 17 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Mirağa