"Malaqa"nın və Kamerun millisinin sabiq qapıçısı Karlos Kameni hesab edir ki, azarkeşlərin "Real Madrid"in vingeri Vinisius Juniora qarşı irqçi təhqirləri daha çox braziliyalı futbolçunun öz davranışlarından qaynaqlanır.
Fanat.Az xəbər verir ki, "Madrid Universal" Kameninin dediklərini belə çatdırıb:
"Düşünürəm ki, Vinisius özünü başqa cür aparsaydı, daha az təhqir olunardı. İnsanlar Vinisiusun onları təxribata çəkdiyini deyirlər. Belə halların onun publikaya münasibətinə görə yaşandığını özünüz də görə bilərsiniz. La Liqada çoxlu qaradərili var, lakin onlar hər həftə sonu irqçi təhqirlərə məruz qalmırlar".
Nihat