"Vilyarreal"ın yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, məlumatı sözügedən klubun rəsmi saytı yayıb.
Xəbərə görə, bu, sentyabrda "Olimpik Marsel"i tərk edən Marselino Toraldır. Mütəxəssisin müddəti 2026-cı ilə qədər olan müqaviləyə imza atdığı vurğulanıb.
Qeyd edək ki, Toral 2013-2016-cı illər aralığında da "Vilyarreal"ı çalışdırıb.