FİFA 2025-ci ildən başlayaraq Klublararası Dünya Çempionatını yeni formatda keçirmək qərarına gəlib.
Fanat.Az xəbər verir ki, qurum iştirakçıların sayını 32-yə çatdıracaq.
Turnirə 2025-ci ilin yayında ABŞ ev sahibliyi edəcək. 32 komanda 4 komandadan ibarət 8 qrupa bölünəcək və hər qrupdan ilk 2 yeri tutan komanda pley-off mərhələsinə yüksələcək.
Artıq yerlərin bölgüsü də məlumdur. Ən çox təmsilçi UEFA (12) və KONMEBOL-a (Cənubi Amerika) (6) ayrılıb. AFC (Asiya), CAF (Afrika) və CONCACAF-ın (Şimali Amerika) hər biri 4 klubla təmsil olunacaq, OFC (Okeaniya) və ev sahibi assosiasiya hərəyə bir yer qazanacaq.
UEFA 12 vəsiqəni aşağıdakı kimi bölüşdürüləcək: 2021-2024-cü illər arasında Çempionlar Liqasının qalibləri ("Çelsi", "Real Madrid", "Mançester Siti" və cari Çempionlar Liqası mövsümünün qalibi), üstəgəl son 4 il ərzində klubların reytinqinə əsasən 8 komanda.
Mirağa