"Bayern Münhen"in 37 yaşlı qapıçısı Manuel Noyer evlənib.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, Almaniya millisinin qolkiperi 23 yaşlı həndbolçu Anika Bissellə ailə qurub.
Dəbdəbəli toy mərasiminin keçirilmədiyi, məclisdə yalnız cütlüyün yaxınlarının iştirak etdiyi bildirilib. Anikanın evlənəndən sonra sosial şəbəkə hesablarında soyadını dəyişdiyi və ana olmağa hazırlaşdığı vurğulanıb.
Xatırladaq ki, Manuel və Anika 2020-ci ildən sevgilidirlər.