“Mançester Yunayted” sərfəli təklif alacağı halda, yarımmüdafiəçisi Kazemironu sata bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı insayder Aleks Kruk yayıb.
Mənbənin məlumatına görə, "qırmızı şeytanlar"ın agentlərə bunu bildirməsindən sonra artıq braziliyalı Səudiyyə Ərəbistanı klublarının marağına səbəb olub.
Kazemiro 2022-ci ilin yayında "Real Madrid"dən 70,6 milyon avroya "qırmızı şeytanlar"a keçib. "Transfermarkt" futbolçunun hazırkı dəyərini 40 milyon avro qiymətləndirir.
31 yaşlı Kazemiro "Mançester Yunayted"ə 2022-ci ilin yayında "Real Madrid"dən keçib. Onun İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədərdir.
Mirağa