"Mançester Yunayted"in sabiq futbolçusu Luis Antonio Valensiya "Çelsi"nin yarımmüdafiəçisi Moyses Kaysedo ilə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, karyerasının 2021-ci ildə bitirən paraqvaylı veteran həmyerlisi barədə FİFA-nın rəsmi saytına danışıb:
"Kaysedo dünyanın beş ən yaxşı yarımmüdafiəçisindən biridir. O, mövsüm ərəfəsində "Çelsi" ilə məşq etməsə də, getdikcə daha yaxşı oynayır. Milli komandada da özünü ən yaxşı tərəfdən göstərir və bu, bütün ekvadorluları sevindirir. Ümid edirik ki, zamanla daha da mükəmmələşəcək. Moyses ciddi və zəhmətsevər oğlandır. Keçirdiyi matçların əksəriyyətini izləmişəm, səviyyəsi artır. Mövsümün sonunda İPL-in ən yaxşısı olacağına ümid edirəm".
Nihat