"Barselona" və "Milan"ın sabiq hücumçusu Kevin-Prins Boatenq "Brayton"un baş məşqçisi Roberto De Dzerbi ilə "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola ilə müqayisə edib.
Fanat.Az xəbər verir ki, "TV Play" onun dediklərini belə çatdırıb:
"De Dzerbi 10-12 il öncə yanımda olsaydı, mən başqa futbolçu olardım. Mənim üçün o, yaxın 20-30 ilin ən yaxşı məşqçisidir. Robertonun rəhbərliyi altında istənilən futbolçu mükəmməlləşir. Qapıçıdan tutmuş hücumçuya qədər... Şəxsən mən 32 yaşımda özümü daha güclü hiss edirdim.
De Dzerbi oyunçuları ilə çox ünsiyyət qurur. Məsələn, bilirdi ki, mənə necə yanaşmaq, necə motivasiya vermək lazımdır. Qayğıkeş insan olması çox xoşuma gəlir. Bu, olduqca önəmli məqamdır. Məncə, De Dzerbi Qvardioladan daha yaxşıdır".
Boatenq De Dzerbinin rəhbərliyi altında 2018/2019 mövsümündə "Sassuolo"da çıxış edib.
Nihat