"Bayern Münhen" heyətinə 17 yaşlı vinger qatıb.
Fanat.Az xəbər verir ki, məlumatı ESPN yayıb.
Xəbərə görə, bu, avstraliyalı vinger Nestori İrankundadır. Avstraliyanın U-17 millisinin formasını geyinən oyunçunun FİFA-nın tələblərinə əsasən, gələn ilin iyul ayının 1-də "Bayern"ə qoşulacağı bildirilib.
İrankunda 3 aylıq olarkən Burundi əsilli valideynləri Tanzaniyadakı vətəndaş müharibəsindən qaçaraq Avstraliyaya yollanıblar. Nestori 15 yaşında "Adelaida Yunayted"in əsas komandasında debüt edib.
Nihat