"Çelsi"nin yarımüdafiəçisi Koul Palmer niyə bu yay "Mançester Siti"ni tərk etmək qərarına gəldiyinin səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" onun dediklərini belə çatdırıb:
"Qvardiola çox yaxşı məşqçidir. O, karyeramın lap əvvəlində mənə özümü sübut etmək imkanı verdi. Buna görə də Pepə həmişə minnətdar olacağam. Qalsaydım, kim bilir nə olardı... Bəlkə daha çox oynayardım, bəlkə də yox.
"Çelsi"yə keçmək qərarını qəbul etmək çətin idi. Klubdakı insanlarla, atamla danışdım, amma nə etməli olduğumu tam anlaya bilmədim. Bir neçə gün ərzində hər dəqiqə bu barədə düşünürdüm və sonda hiss etdim ki, “Mançester Siti”dən ayrılsam, karyeram üçün daha yaxşı olar. Bu, mənim üçün vacib addım idi. Çünki əvvəllər yalnız orada oynamışdım. Mən heç vaxt icarədə olmamışam. Buna görə də başqa şəhərə köçmək mənim üçün böyük hadisə idi".
"Mançester Siti"nin yetirməsi olan Palmer cari mövsüm "Çelsi" forması ilə İngiltərə Premyer Liqasında 10 matça çıxaraq 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat