“Milan” ciddi itki ilə üzləşib.
Fanat.Az “Sky Sport”a istinadən xəbər verir ki, komandanın hücumçusu Olivye Jiru cəzalanıb.
Fransalı futbolçu A Seriyasında iki oyunda meydana çıxmayacaq.
O, “Leççe” ilə oyunda hakimə etiraza görə əvvəlcə sarı, ardından qırmızı vərəqə alıb. İntizam Komitəsi isə Jiruya iki oyunluq cəza verib.