“Bayer Leverkuzen”də çıxış edən Alexandro Qrimaldo “Barselona” azarkeşlərini təəccübləndirib.
Fanat.Az xəbər verir ki, sol cinah müdafiəçisi "Real Madrid"ə keçə biləcəyinə işarə edib.
Tanınmış insayder onun açıqlamasını belə çatdırıb: “Real Madrid" dünyanın ən yaxşısı olmasa da, ən yaxşı klublarından biridir. Bütün futbolçular orada oynamaq istəyir. Amma indi "Bayer"də çox xoşbəxtəm. Burada hər şey əladır.
"Barselona"nın yayda niyə məni azad agent kimi almadığını başa düşürəm. Onların mənim mövqeyimdə kifayət qədər futbolçuları var idi”.
Xatırladaq ki, 28 yaşlı Qrimaldo “Barselona”nın yetirməsi olsa da, 8 il ərzində əsas komandada bir oyuna belə çıxmayıb.
O, bu mövsüm "Bayer Leverkuzen"də 17 matça çıxaraq 8 qol vurub, 6 məhsuldar ötürmə edib.
Mirağa