İtaliya nəhəngi "Milan" Serbiyanın "Partizan" klubunun 17 yaşlı yarımmüdafiəçisi Matiya Popoviçi transfer etmək niyyətindədir.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira yayıb.
Mənbənin məlumatına görə, bu keçid qış transfer pəncərəsində reallaşacaq.
Serbiyalı gənc azad agent kimi "rossoneri"yə keçə biləcək. "Milan" ona dörd il yarımlıq, 2028-ci ilin yayına qədər müqavilə təklif edib. Britaniya və İspaniya klublarının Popoviçə marağına baxmayaraq, İtaliya təmsilçisi anlaşmanı bağlamağa yaxındır.
Matiya Popoviç hazırda "Partizan"ın U-19 komandasında oynayır.
Mirağa