İngiltərə Premyer Liqası maliyyə feyr-pleyini pozduğu üçün "Everton"u cəzalandırıb.
Fanat.Az xəbər verir ki, 5 günlük araşdırmalardan sonra Liverpul təmsilçisinin 2021/2022 mövsümündə 124,5 milyon funt sterlinq xərcləyərək 105 milyonluq limiti keçdiyi sübuta yetirilib.
Bu səbədən sözügedən komandanın hesabından 10 xal silinib. Nəticədə, "Everton" İPL-in turnir cədvəlində 14-cü pilləyə düşüb.