İtaliyanın "İnter" klubunun müdafiəçisi Alessandro Bastoni sözügedən ölkə millisinin məşqi zamanı zədələnib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti "Twitter" hesabı vasitəsilə məlumat yayıb.
Luçano Spalettinin rəhbərlik etdiyi İtaliya yığmasından ayrılan futbolçunun yerinə "Roma"nın müdafiəçisi Canluka Mançini heyətə cəlb olunub.
“İnter”in bazasına qayıtdıqdan sonra o, dərin tibbi müayinədən keçib və bud əzələsində zədə aşkarlanıb. İtaliya mətbuatının yazdığına görə, Bastoni bir ay futbolsuz qalacaq.
Cari mövsümdə Bastoni "İnter"in heyətində bütün turnirlərdə 13 oyun keçirib, heç nə ilə yadda qalmayıb.
Mirağa