Fransanın PSJ klubunun yarımmüdafiəçisi Fabian Ruiz qışda İtaliyanın "Yuventus" klubuna keçə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football Italia" yayıb.
Mənbənin məlumatına görə, Ruizin agentləri bu həftə "qoca sinyora"nın bazasına baş çəkiblər. Onlar klubun nümayəndələri ilə 27 yaşlı ispan yarımmüdafiəçinin mümkün keçidini müzakirə ediblər. "Yuventus" hazırda cəzalılar - Pol Poqba və Nikolo Facolinin yoxluğunda mərkəz yarımmüdafiəçisi axtarır.
Bu mövsüm Fabian Ruiz PSJ-nin heyətində 13 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa