PSJ-nin və Fransa yığmasının hücumçusu Kilian Mbappe 2024-cü il Olimpiadasında oynamaq istəyir.
Fanat.Az xəbər verir ki, RMC ulduz forvardın bu barədə açıqlamasını təqdim edib.
“Son qərarı klubum verəcək. Təbii ki, Olimpiya yığmasında oynamaqdan məmnun olaram. Amma klubumdan bunu istəməsələr, onların qərarını dəstəkləyəcəm.
Düşünürəm ki, bu barədə düşünmək çox vaxt aparmayacaq. Mən Olimpiadada oynamaq istəyirəm və düşünürəm ki, insanlar da bunu istəyir”.
Xatırladırıq ki, Olimpiya yığması gənclərdən ibarət komandanın oyunçuları əsasında qurulur, lakin heyətə istənilən yaşda olan üç oyunçunu əlavə etmək mümkündür.
Mirağa