"Atletiko Madrid"in yarımmüdafiəçisi Rodriqo Rikelme komanda yoldaşı Antuan Qrizmanı "Real"ın ulduzu Cud Bellinqemlə müqayisə edib.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" Rikelmenin dediklərini belə çatdırıb.
“Bellinqemin Qrizmanndan yaxşı olduğunu düşünmürəm. Antuan hərtərəfli oyunçudur. Onun karyerası indi daha heyranedicidir. Qrizmannla meydanda ünsiyyət qurmaq çox asandır. O, hər şeyi qüsursuz edir. Həm də onun əla xarakteri var".
Qrizmann bu mövsüm 12 qol vurub və 1 məhsuldar ötürmə edib. Bellinqemə gəlincə, ingilis futbolçunun hesabında 13 qol və 3 məhsuldar ötürmə var.
Mirağa