“Mançester Yunayted” hücum xəttini gücləndirəcək futbolçunu tapıb.
Fanat.Az xəbər verir ki, "Nyukasl"ın mərkəz hücumçusu Aleksandr Isak "qırmızı şeytanlar"ın transfer siyahısındadır.
Bu barədə “Todofichajes” məlumat yayıb.
Mənbənin məlumatına görə, mankunianlılar isveçli hücumçunu icarəyə götürməyi planlaşdırır. “Nyukasl” da öz növbəsində aparıcı oyunçusu ilə birdəfəlik ayrılmaq fikrində deyil. Aleksandrın transfer qiyməti 70 milyon avrodur. Onun "Nyukasl"la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.
İsak cari Premyer Liqada 8 oyun keçirib və 6 qol vurub.
Mirağa