“Milan”ın yarımmüdafiəçisi İsmael Bennaser “rossoneri” azarkeşlərini heç vaxt əzəli rəqib olan “İnter”ə keçməyəcəyinə inandırıb.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun dediklərini belə çatdırıb:
"Mən heç vaxt "İnter"ə getməyəcəyəm. Çünki “Milan”a hədsiz hörmətim var. Əminliklə deyə bilərəm ki, heç vaxt “İnter”in formasını geyinməyəcəyəm. Çalhanoğlu “İnter”ə keçəndə təəccübləndim. Mən "Milan"da əbədi qalacağımı demirəm, amma heç vaxt "İnter"də oynamayacağam".
Qeyd edək ki, Bennaser zədəsini sağaltmağa davam etdiyi üçün bu mövsüm hələ "Milan"da meydana çıxmayıb.
Mirağa