“Mançester Yunayted”in qapıçısı Andre Onana və cinah hücumçusu Markus Reşford milli komandalarının düşərgəsində zədələnib.
Fanat.Az xəbər verir ki, bu barədə TalkSport məlumat yayıb.
Oyunçuların zədəsinin dərəcəsi, onların bərpa müddəti hələ məlum deyil.
Bundan əvvəl MY-nin daha 2 üzvü - Danimarka millisinin futbolçuları Rasmus Hoylunn və Kristian Eriksen zədələnmişdi. Erikssenin zədəsinin ağır olduğu, onun uzun müddət kənarda qalacağı bildirilir.
“Mançester Yunayted” beynəlxalq fasilədən sonra ilk oyununu noyabrın 26-da səfərdə “Everton”a qarşı keçirəcək.
Mirağa