"Real Madrid"in vingeri Vinisius Junior 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Mario Kortexana yayıb.
Mənbənin məlumatına görə, Braziliya millisinin futbolçusunun zədəsi ciddidir. Vinisiusun bud əzələsi yırtılıb.
Beləliklə, Vinisius 2023-cü ilin qalan hissəsini buraxacaq və bu müddət ərzində "Real Madrid"ə kömək edə bilməyəcək.
Bu mövsüm ulduz futbolçu İspaniya çempionatında 14 oyunda 4 qol vurub və bir məhsuldar ötürmə edib. 23 yaşlı braziliyalı "Real Madrid"də altıncı mövsümünü keçirir.
Mirağa