Dünən futbol üzrə Fransa millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Cəbəllüttariq yığmasını 14:0 hesabı ilə məğlub edib.
Fanat.Az xəbər verir ki, bu hesab Fransa millisinin tarixində qazandığı ən böyük hesablı qələbə olub.
Qeyd edək ki, bunadək Fransa millisi ən böyük hesablı qələbəsini 1996-cı ildə Azərbaycan yığması üzərində (10:0) qazanmışdı.
Nahid Məmmədov