Almaniya futbolunun canlı əfsanəsi Lotar Matteus İlkay Gündoğan və Yozua Kimmixin eyni vaxtda meydana olmasının yığmaya problem yaratdığını bildirib.
Fanat.Az xəbər verir ki, "Bild" onun dediklərini belə çatdırıb:
"Dünya çempionatında gördüyümüz kimi, Gündoğan və Kimmix "6 nömrə" kimi birlikdə oynaya bilməzlər. Onların oyun üslubları çox oxşardır. Bəli, onların hər ikisi dünya səviyyəli oyunçulardır, amma məncə, bir-birinə mane olurlar. Düşünürəm ki, onlardan biri Paskal Qros və ya Leon Qoretska ilə tandem təşkil etməlidir”.
Xatırladaq ki, Almaniya yığması dünən Türkiyə yığması ilə yoldaşlıq görüşünə çıxıb. "Olimpiaştadion!da reallaşan görüş Türkiyənin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Nihat