"İnter"in sabiq hücumçusu Kristian Vyeri "qara-göylər"in cari mövsüm sərgilədiyi performansı dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" onun dediklərini belə çatdırıb:
"A Seriyasında heç bir komandanın "İnter"inki kimi güclü heyəti yoxdur.
Romelu Lukakunu bəyənirəm. O, "İnter"də olanda adından söz etdirirdi, amma indi Markus Türam heyətə qatılıb və o da yüksək səviyyəli oyunçudur. Onu transfer etmək qərarına gələnləri təbrik edirəm. De Vrey A Seriyasının 12 matçında meydana sonradan çıxıb. O, istənilən başqa komandada start heyətdə yer alardı.
Bununla belə, matçları yarımmüdafiə xəttinin qazandığına əminəm. Düşünürəm ki, “İnter”in yarımmüdafiəçiləri “Mançester Siti”nin yarımmüdafiəçilərindən güclüdürlər. Bu mövsüm "qara-göylər"in heyətində böyük təcrübəyə malik Davide Frattezi və Kristyan Aslani də var. “İnter” çox mütəşəkkil komandadır. Topu yaxşı saxlayırlar, deməli, daha az risk edirlər".
Nihat