Fransa millisinin yarımmüdafiəçisi Uorren Zair-Emeri AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Cəbəllüttariqə qarşı keçirdikləri ev oyununda (14:0) sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, PSJ-nin futbolçusu ilin sonunadək yaşıl meydanlardan kənarda qalacaq.
Sağ ayağının topuq nahiyəsindən zədə alan Uorren artıq yığmanın düşərgəsini tərk edib.
Qeyd edək ki, 17 yaşlı Zair-Emeri PSJ-nin yetirməsidir. O, Fransa millisinin heyətində bu il debüt edib.