“Mançester Yunayted”in sabiq qapıçısı David de Xea karyerasını MLS-də davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı “Sunday Express” yayıb.
Xəbərə görə, "İnter Mayami" ispan qapıçının keçidini həll etməyə çalışır. MLS klubunun əsas investoru Devid Bekhem 33 yaşlı futbolçu ilə müqavilə üzərində işləyir.
Beləliklə, ötən yay bir sıra ulduzlarla - Lionel Messi, Serxio Buskets və Xordi Alba ilə müqavilə imzalayan "İnter Mayami" yüksək statuslu oyunçuların transferini davam etməkdə qərarlıdır.
Qeyd edək ki, de Xeanın “Mançester Yunayted”lə müqaviləsinin müddəti bu yay başa çatıb. On iki il Premyer Liqa klubunda çıxış edən qolkiper hazırda azad agent statusu daşıyır.
Mirağa